Amerika Birləşmiş Ştatlarında olduğunuz müddət ərzində aşağıdakı hüquqlara sahibsiniz:
• Ədalətli şəkildə ödəniş əldə etmək;
• Sağlam və təhlükəsiz iş yerində çalışmaq;
• Birlik, immiqrant və əmək hüquqları qruplarından yardım istəmək;
• Təhlükəli saydığınız işdən çıxmaq
• Ayrı-seçkiliyə, təcavüzə və istismara məruz qalmamaq;
Bu hüquqlara dair daha ətraflı məlumat üçün MigrantWorker.gov.
ƏGƏR HÜQUQLARINIZ POZULUBSA, 1-888-373-7888 – İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ QAYNAR XƏTTƏ ZƏNG EDİN (ABŞ DAXİLİNDƏ); “HELP” SÖZÜNÜ 233733 NÖMRƏSİNƏ (ABŞ DAXİLİNDƏ) VƏ YA HELP@HUMANTRAFFICKINGHOTLINE.ORG ELEKTRON POÇT ÜNVANINA GÖNDƏRiN.
BÜTÜN ZƏNGLƏR İMMİQRANT STATUSUNUZDAN ASILI OLMAYARAQ MƏXFİ VƏ TƏHLÜKƏSİZDİR. XÜSUSİ TƏLİMAT KEÇMİŞ MÜTƏXƏSSİSLƏR 200-DƏN ARTIQ DİLDƏ HƏR ZAMAN KÖMƏK ETMƏYƏ HAZIRDIR. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BAX: WWW.HUMANTRAFFICKINGHOTLINE.ORG.
Birləşmiş Ştatlarda olarkən təhlükə ilə üzləşsəniz, 911 nömrəsinə zəng edərək yerli polislə əlaqə saxlayın. Fövqəladə vəziyyəti, yerinizi və zəng etdiyiniz nömrəni polisə bildirin. Ehtiyac olarsa, tərçüməçi köməyindən istifadə edə bilərsiniz.
Əgər A-3, G-5, H, J, NATO-7, TN, yaxud B-1 yerli işçi qeyri-immiqrant vizasına müraciət etmisinizsə, bu broşuranı aşağıdakı şəkildə əldə edəcəksiniz:
• çap olunmuş vizanızla birlikdə (əgər müsahibədə olmamısınızsa), və ya
• viza müsahibəsi zamanı konsul sizə vizanı təqdim etməzdən öncə bu broşuranı aldığınızdan, oxuduğunuzdan və anladığınızdan əmin olmalıdır.
ABŞ konsulluq rəsmiləri, Birləşmiş Ştatlarda hüquqlarınızı başa düşməyinizə kömək etmək istəyir və hər hansı sualınız olarsa, cavablandırmağa hazırdırlar.
Siz həmçinin ABŞ Əmək Departamentinin Konsulluq Əməkdaşlıq Proqramı (CPP) vasitəsilə ABŞ-dakı konsulluğunuzdan yardım ala bilərsiniz. CPP vasitəsilə, konsulluğunuz sizə kömək edə, resursları tapmaqda və həmçinin hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, şikayət ərizəsi verməkdə dəstək ola bilər. Tərəfdaş ölkələrin siyahısını görmək üçün bu ünvana daxil olun: www.dol.gov\\general\\migrantworker\\support
İşəgötürən hüquqlarınızdan istifadə etdiyiniz üçün sizi işdən çıxara, sizinlə pis rəftar edə və ya maaşınızı verməkdən imtina edə bilməz.
SİZ AŞAĞIDAKI HÜQUQLARA SAHİBSİNİZ:
• İşəgötürən gördüyünüz bütün işlərin müqabilində sizə ödəniş etməlidir. İşəgötürən əksər işlər üçün ən azından, federal qanuni minimum əməkhaqqını ödəməlidir.
• Aşağıdakı hallarda işəgötürən federal minimum əmək haqqından daha artıq ödəniş etməlidir:
• Daha yüksək minimum əməkhaqqına malik ştat, şəhər və ya dairədə işləyirsinizsə;
• Əmək müqaviləniz/viza proqramınız daha yüksək məbləğ tələb edirsə;
• Həftədə 40 saatdan artıq işləyirsinizsə, işəgötürən əlavə saatlar üçün saatlıq əməkhaqqının məbləğindən 1.5 dəfə çox ödəniş etməlidir; Məsələn, bir saata görə $10 qazanırsınızsa, hər əlavə saat üçün $15 ala bilərsiniz.
• İşəgötürən əməkhaqqınızdan pul tutarsa, bu, çıxılma adlanır. Ödəniş bəyannaməniz (məsələn, "maaş talonu") hər çıxılma məbləğini göstərməlidir. Çıxılmalar tibbi sığorta və ya həmkarlar ittifaqına üzvlük haqqı kimi öz seçdiyiniz xidmətlər üçün ola bilər və müəyyən vergilər üçün tələb oluna bilər.
• İşəgötürən vahid geyim formaları, təhlükəsizlik texnikası, tələb olunan alətlər, təchizatlar, avadanlıqlar və ya işəgötürmə xərclərini maaşdan tuta bilməz və ya sizdən ödənişini tələb edə bilməz. Bəzi viza kateqoriyaları üçün yaşayış yeri pulsuz olaraq təmin edilməlidir.
• İşəgötürən maaşınız, iş saatlarınız və digər hüquqlarınız barədə soruşduğunuz üçün, şikayət ərizəsi verdiyiniz üçün və ya Əmək haqqı və Saat təhqiqatı ilə əməkdaşlıq etdiyiniz üçün sizə qarşı cavab tədbiri görə bilməz, sizi narahat edə bilməz, təzyiq göstərə bilməz və ya hər hansı mənfi hərəkət edə bilməz.
• Tibbi sığortası və ya həmkarlar ittifaqına üzvlük haqqı kimi öz seçdiyiniz xidmətlər üçün çıxılmalar maaşınızdan tutula bilər. Müəyyən vergilər üçün də çıxılmalar tələb oluna bilər.
Əgər əmək haqqınız və ödənişinizlə bağlı sualınız yaxud narahatlığınız olarsa, 1-866-487-9243 nömrəsinə zəng edin və ya yerli Əmək haqqı və Saat ofisinə baş çəkin: www.dol.gov/agencies/whd/contact/local-offices.
Təhlükəsiz iş yeri: İşəgötürən sağlam və təhlükəsiz iş yeri təmin etməlidir.
Təlim: İşəgötürən iş təhlükələri, zədə və qəzalardan yayınma üsulları, iş yerinizə şamil olunan sağlamlıq, təhlükəsizlik standartları haqqında məlumat verməli və təlim keçməlidir. Təlim sizin başa düşəcəyiniz dildə təşkil olunmalıdır.
Tələb olunan təhlükəsizlik avadanlıqları: Siz əlcəklər və ya yıxılmağa qarşı kəmər və xilasetmə ipi kimi tələb olunan təhlükəsizlik avadanlıqları əldə etmək hüququna maliksiniz və işəgötürən sizə bu avadanlıqlardan düzgün istifadə etməyi öyrətməlidir.
İşlə bağlı zədələr və xəstəliklər barədə məlumat: Siz zədə və ya xəstəlik barədə məlumat vermək və işəgötürəninizdən tibbi qeydlərinizin surətinə baxmaq və onları əldə etmək hüququna maliksiniz.
Təhlükəsizlik və Sağlamlıq barədə şikayət: Əgər işinizin təhlükəsiz olmadığını və ya sağlamlığınıza təhlükə yarada biləcəyini düşünürsünüzsə,siz (və ya sizi təmsil edən biri) Əməyin Təhlükəsizliyi və Sağlamlığı İdarəsinə (OSHA) məxfi şikayət edə bilərsiniz. Əgər mümkünsə, təhlükəsiz olmayan şərait barədə işəgötürənə məlumat verərkən şahid kimi başqa bir işçini də özünüzlə gətirmək yaxşı fikirdir və həmçinin narahatlıqlarınızı mesaj və ya elektron poçt vasitəsilə paylaşın ki, yazılı qeyd olsun. OSHA müfəttişləri ilə təklikdə və məxfi şəkildə danışa və iş yerindəki təhlükələri tapmaq üçün
aparılan yoxlamaların və ya testlərin nəticələrinə baxa bilərsiniz.
Təqibdən qorunma: İş yerində təhlükələr barədə danışa bilərsiniz. Əgər təhlükəsizlik və sağlamlıq təhdidləri ilə bağlı narahatlıqları qaldırdığınız üçün işəgötürənin sizi cəzalandırdığına inanırsınızsa, OSHA-ya şikayət vermək hüququna maliksiniz. Əgər narahatlıqlarınızı dilə gətirdiyiniz üçün cəzalandırıldığınıza inanırsınızsa, iddia edilən cəzanın tətbiq edilməsindən 30 gün ərzində şikayət verməlisiniz. Daha ətraflı məlumat üçün daxil olun: www.whistleblowers.gov.
OSHA İşçi Hüquqları barədə daha ətraflı məlumat üçün: www.osha.gov/workers
Tibbi müalicə: Ehtiyacınız olarsa, həkimə və ya tibb bacısına müraciət edə bilərsiniz. İşdə zədə alsanız və ya xəstələnsəniz, işəgötürən tibbi xərclərinizi qarşılamalı və itirilmiş əmək haqqınızın bir hissəsini ödəməlidir. Həkimdən, klinikadan və ya xəstəxanadan sənədlərin surətini istəyin. Əksər hallarda işlədiyiniz ştatda işlə bağlı zədələr və ya xəstəliklər üçün ödəniş olan işçi müavinəti üçün müraciət edə bilərsiniz. İşçi müavinəti tələb etmək
üçün yerli ofisinizi burada tapa bilərsiniz: www.dol.gov/agencies/owcp/wc
Yaşayış yeri: Əgər işəgötürən sizi yaşayış yeri ilə təmin edirsə, o, təmiz və
təhlükəsiz olmalıdır. Yaşayış yerini sərbəst tərk etmək hüququna sahibsiniz.
Vanna otaqları (hamam). Vanna otaqları təmiz və istifadə üçün əlçatan olmalıdır. İşəgötürən ehtiyacınız olduqda vanna otağından istifadəyə icazə verməli və əllərinizi yuya bilməyiniz üçün əl-üz yuma məntəqələrini su və sabun və bənzər təmizlik vasitələri ilə təchiz etməlidir.
İçməli su. Təmiz içməli suyu ödənişsiz almaq hüququna sahibsiniz.
İstilik: OSHA-ya daxil olan işəgötürənlər sizi həddindən artıq yüksək temperaturdan qorumalı və yüksək istiliyin səbəb olduğu xəstəliklərin qarşısını almaq üçün proqrama sahib olmalıdır. Əgər siz pestisidlər və ya təhlükəli kimyəvi maddələrlə və ya onların yaxınlığında işləyirsinizsə, işəgötürən:
• əllərinizi yumağınız üçün su və sabun təmin etməlidir;
• iş üçün tələb olunan lazımi təhlükəsizlik avadanlıqlarını (məsələn, tənəffüs cihazı və ya əlcəklər) təmin etməli və onlardan düzgün istifadə qaydalarını öyrətməlidir.
• İş yerində kimyəvi maddələrlə işləməyin risklərini anlamağınız üçün sizə ödənişli təlim keçməlidir;
• Pestisidlərin haraya və nə vaxt püskürdüldüyünü və təsadüfi təsirə məruz
qalmanın qarşısını almaq üçün əraziyə nə zaman təkrar daxil olmağın
təhlükəsiz olduğunu bildirməlidir. Pestisidlərin tətbiq edildiyi ərazilərdən çəkinin.
Əgər işinizin təhlükəsiz olmadığını düşünürsünüzsə və yoxlama aparılmasını və ya hüquqlarınız haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, 1-866-4-USA-DOL nömrəsinə zəng edin və ya Əmək Departamentinin saytına (dol.gov və ya migrantworker.gov) daxil olun.
Əgər H-2A işçisisinizsə və iş yerinizin, yaşayış yerinizin və ya nəqliyyatınızın təhlükəsizliyi ilə bağlı suallarınız və ya narahatlığınız varsa, 1-866-487-9243 nömrəsinə zəng edin və ya yerli Əmək haqqı və Saat Ofisinə müraciət edin: www.dol.gov/agencies/whd/contact/local-offices.
• İş yoldaşlarınızla birləşib işəgötürəndən daha yaxşı əmək haqqı və ya iş şəraiti tələb etmək.
• İş yerində həmkarlar ittifaqı yaratmaq, qoşulmaq və dəstəkləmək. Bu hüquqlar barədə daha ətraflı məlumat üçün: www.nlrb.gov
• Daha yaxşı əmək haqqı və ya iş şəraiti ilə bağlı keçirilən ictimai çıxışlar, mitinqlər və nümayişlərdə iştirak etmək.
• Əgər işəgötürən sizinlə pis rəftar edirsə və ya özünüzü təhlükəsiz hiss etmirsinizsə, həmin işdə qalmaq məcburiyyətində deyilsiniz. Yardım üçün 1-888-373-7888 nömrəsi ilə İnsan Alverinə Qarşı Mübarizə üzrə
Milli Qaynar Xəttə müraciət edə bilərsiniz.
• İşdən çıxsanız immiqrasiya statusunuz artıq etibarlı olmayacaqdır lakin siz statusunuzu dəyişə və ya sizə sponsorluq edən yeni işəgötürən üçün çalışa bilərsiniz. İşəgötürənlə bağlı əmək agentliyi araşdırma aparırsa, işdən çıxarılmadan müvəqqəti qorunma və müvəqqəti iş icazəsi ala bilərsiniz. Daha ətraflı məlumat üçün www.dhs.gov/enforcement-labor-and-employment-laws
İmmiqrant statusunuzdan asılı olmayaraq, insan alverinin qurbanı olduğunuzu düşünürsünüzsə, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Qaynar Xəttin 1-888-373-7888 nömrəsinə zəng edərək kömək istəyə və ya Milli Əmək Münasibətləri Şurasının 1-844-762-6572 nömrəsinə zəng edərək Regional Miqrasiya Koordinatoru ilə danışa bilərsiniz.
İşçilər üçün daha çox resurs əldə etmək və xüsusi məsələlərlə bağlı Birləşmiş Ştatların hansı dövlət orqanı ilə əlaqə saxlamalı olduğunuzu bilmək üçün bura daxil olun:MigrantWorker.gov/TrabajadorMigrante.gov.
• İşəgötürən yaşınıza (yaşınız 40 və ya daha çoxdursa), cinsinizə, irqinizə, milli mənsubiyyətinizə, etnik mənşəyinizə, rənginizə, dininizə, genetik məlumatlarınıza (ailənin tibbi tarixçəsi daxil olmaqla) və ya əlilliyinizə görə iş zamanı sizinlə fərqli və ya pis rəftar edə bilməz.
• Ayrıseçkiliyə dair şikayət etmək üçün www.eeoc.gov/how-file-charge-employment-discrimination daxil olun. Vətəndaşlıq statusunuza görə ayrı-seçkilik şikayəti vermək üçün www.justice.gov/crt/filing-charge
• Heç kim sizi verbal, fiziki yaxud cinsi təcavüzə məruz qoya bilməz.
• Heç kim sizi cinsi istismara məruz qoya bilməz. Buraya sizə seksual şəkildə toxunmaq; və ya sizi aldatmaqla və ya təhqir etməklə öpüşməyə, cinsi əlaqədə olmağa, oral seks və ya voyerizmə məcbur etmək daxildir
• Əməyin istismarı və insan alveri ilə bağlı daha ətraflı məlumat üçün 12-ci səhifəyə baxın.
Əgər hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, 1-888-373-7888 (ABŞ daxilində) – İnsan Alverinə Qarşi Mübarizə Üzrə Milli Qaynar Xəttə və ya bu broşuranın 15-ci və 16-cı səhifələrində qeyd olunan saytlardan birinə məlumat verin. İngiliscə bilmirsinizsə, tərcüməçi istəyin.
İşəgötürən sizi ABŞ qanunlarına uyğun olan əmək müqaviləsi ilə təmin etməlidir. Müqavilə aşağıdakı tələblərə cavab verməlidir:
• Başa düşdüyünüz dildə tərtib olunmalıdır.
• Saatlıq əməkhaqqı məbləğini əks etdirməlidir. Saatlıq əməkhaqqı ABŞ federal, dövlət və yerli qanununa əsasən minimum əməkhaqqının ən yüksək həddində olmalıdır.
• İşəgötürənin sizi pulsuz otaq və yemək (əgər işəgötürənin iqamətgahında yaşayacaqsızsa), eləcə də gediş-dönüş aviabileti ilə təmin edəcəyini bildirməlidir.
• Sizi işdən azad etməzdən əvvəl işəgötürənin sizə dəqiq nə qədər vaxt verməli olduğunu, əgər siz işdən ayrılmaq istəsəniz, işəgötürənə dəqiq nə qədər vaxt verməli olduğunuzu əks etdirməlidir.
• ABŞ ev işçiləri üçün tələb olunan bütün digər təzminatları əks etdirməlidir (ödənişli məzuniyyətlər, ödənişsiz xəstəlik məzuniyyəti və işçi təzminatları və s.).
Müqaviləni başa düşdüyünüzdən və onun surətini aldığınızdan əmin olun. Müqavilədə deyilənləri başa düşmürsünüzsə, onu imzalamayın.
Müqavilədə ən azı aşağıdakılar qeyd olunmalıdır:
• İşəgötürəninizin bütün ABŞ qanunlarına riayət etmək barədə razılığı.
• Nə dərəcədə tez-tez maaş alacağınız, maaşınızın sizə necə ödəniləcəyi, iş vəzifələriniz, həftəlik iş saatlarınızın sayı, bayramlar, xəstəlik və tətil günləriniz haqqında məlumat.
• İşəgötürəninizin pasportunuzu, əmək müqavilənizi və ya digər şəxsi əşyalarınızı sizdən gizlətməmək barədə razılığı.
İşə qəbul olunmaq üçün heç vaxt rüsum ödəməməlisiniz. Kimsə rüsum ödəməyinizi istəyərsə, öz ölkənizdə olduğunuz zaman oradakı ABŞ
səfirliyi və ya konsulluğu ilə, Birləşmiş Ştatlarda olduğunuz təqdirdə isə
Əmək Haqqı və İş Saatı İdarəsi ilə əlaqə saxlayın (1-866-487-9243).
• İşəgötürəniniz və ya işəgötürəninizlə işləyən hər hansısa bir şəxs sizi borc almağa və ya borcunuzu ödəməyə məcbur edə bilməz. Belə bir hal baş verərsə və bu zaman ABŞ-dəsinizsə, İnsan Alverinə Qarşı Qaynar Xəttə (1-888-373-7888), öz ölkənizdəsinizsə, ABŞ səfirliyinə və ya konsulluğuna zəng edin.
İşəgötürəniniz:
• Gördüyünüz bütün işlərə görə, əmrdə və ya müqavilənizdə göstərilən məbləğdə və əmək müqavilənizdə nəzərdə tutulmuş vaxtlarda, ən azı ayda iki dəfə sizə ödəniş etməlidir. Ödəniş məbləği federal, əyalət və ya yerli əmək haqqı minimumundan yüksək ola bilər.
• İşə götürüldüyünüz məkandan iş yerinə çatmaq üçün istifadə etdiyiniz nəqliyyatın və bu səfər zamanı aldığınız yeməyin ödənişini təmin etməlidir ya da əmək müqavilənizdə göstərilmiş müddətin yarısı tamam olduqdan sonra bu xərclər üçün sizə ödəniş etməlidir.
• Xərcləriniz çıxıldıqdan sonra qalan əməkhaqqınız ABŞ-də müəyyənləşdirilən minimum əməkhaqqından az olarsa, ilk iş həftənizdə yol və viza üçün xərclədiyiniz məbləği sizə qaytarmalıdır.
H-2A və ya H-2B statusunda olan işçisinizsə və hüquqlarınızla bağlı sualınız yaxud narahatlığınız varsa, 1-866-487-9243 nömrəsinə zəng edin ya da Əmək Haqqı və İş Saatı İdarəsinin internet səhifəsinə müraciət edin: www.dol.gov/agencies/whd/contact/local-offices.
İşəgötürəniniz:
• Sizə başa düşdüyünüz dildə yazılmış əmək müqaviləsi verməlidir. Müqavilədə əməkhaqqınız, bu işdə işləyəcəyiniz müddət, iş saatlarınız, müavinətləriniz (məsələn, nəqliyyat, mənzil, qidalanma və ya bişirmək üçün şərait) və əməkhaqqınızdan tutulmalar barədə ətraflı məlumat qeyd olunmalıdır. H-2A vizası ilə işlədiyiniz müddətdə ABŞ Sosial Müdafiə və Tibbi Xidmət üçün tutulmalardan azadsınız.
• Heç bir ödəniş almadan sizi təhlükəsiz və təmiz yaşayış yeri ilə təmin etməlidir.
• Sizə verdiyi yaşayış yerindən işə gəlməniz üçün sizi ödənişsiz nəqliyyat ilə təmin etməlidir.
• Təmin olunmuş nəqliyyat vasitələri lisenziyalı sürücülər tərəfindən idarə edilməli, lazımi təhlükəsizlik avadanlığı ilə təchiz edilmiş və düzgün sığortalanmış olmalıdır.
• Sizi gündə 3 dəfə yeməklə yaxud ödənişsiz və istifadəsi asan olan yemək bişirmə məkanı ilə təmin etməlidir.
• Sizə hüquqlarınız barədə məlumat verən və şikayət verməyinizə kömək edə biləcək dövlət işçiləri və hüquq müdafiəçiləri ilə görüşməyinizə mane olmamalı və sizi buna görə cəzalandırmamalıdır.
• Əmək müqavilənizdəki müddət başa çatdıqdan sonra iş yerinizdən öz ölkənizdəki yaşayış yerinizə qayıtmağınız üçün nəqliyyat, yaşayış və yemək xərclərinizi təmin etməli və ya ödəməlidir.
• Sizi müqavilədə göstərilmiş iş günlərinin ən azı ¾-ü qədər işlə təmin etməlidir yaxud təmin etmədiyi saatlar üçün sizə ödəniş etməlidir.
İşəgötürəniniz:
• Sizə başa düşdüyünüz dildə yazılmış əmək müqaviləsi verməlidir. Müqavilədə əmək haqqınız, bu işdə işləyəcəyiniz müddət, iş saatlarınız, müavinətləriniz (məsələn, nəqliyyat, mənzil, qidalanma və ya bişirmək üçün şərait) və əməkhaqqınızdan tutulmalar barədə ətraflı məlumat qeyd olunmalıdır.
• Əmək müqavilənizdəki müddət başa çatdıqda yaxud işəgötürəniniz müddət başa çatmamışdan əvvəl işi tərk etmənizə icazə verdikdə iş yerinizdən öz ölkənizdəki yaşayış yerinizə qayıtmağınız üçün nəqliyyat, yaşayış və yemək xərclərinizi ödəməlidir.
• İmzalanmış DS-2019 formanız proqramınızın tarixlərini, kateqoriyasını, keçiriləcəyi yeri və sponsorunuzun adını əks etdirir. Proqram müddətində maliyyələşmə, fəaliyyət yeri və proqram tarixləri baxımından hər hansı bir dəyişiklik baş verərsə, sponsorunuz DS-2019 formasını yeniləməlidir.
• Sponsorunuz görməyə razılaşdığınız iş, alacağınız maaş və işləyəcəyiniz saatların sayı da daxil olmaqla, mübadilə proqramınız üzrə bütün xərcləri, şərtləri və qaydaları sizə dəqiqliklə izah etməlidir. Əgər sağlamlıq, təhlükəsizlik və rifahla bağlı sizi narahat edən təcili bir hal varsa, J-Vizası üzrə Fövqəladə Qaynar Xətlə əlaqə saxlayın: 1-866-283-9090. Ümumi suallar və ya məsələlər üçün isə Jvisas@state.gov elektron poçtuna müraciət edin.
• Sponsorunuz tibbi xidmətlər, repatriasiya və evakuasiya üçün sığortaya malik olmağınızdan əmin olmalıdır, lakin o bunu təmin etməli və ya ödəməli deyil.
Əgər siz vizadan azad olan ölkədənsinizsə və iş təklifi almadan gəlmişsinizsə, ABŞ-də bir həftə iş axtardıqdan sonra sponsorunuz sizə iş tapmaqda kömək etməlidir. Sponsorlar proqram müddətində iş yerini dəyişmək istəyən bütün Yay İş Səyahəti iştirakçılarına yardım göstərməlidirlər. İştirakçılar proqram qaydalarına uyğun olaraq işə başlamazdan əvvəl sponsorlar bütün Yay İş Səyahəti Proqramı iştirakçılarının ilkin və əlavə iş yerlərini dəyərləndirməli və təsdiq etməlidirlər.
Sponsorunuz sizə Təlim/Təcrübə Planı (DS-7002 forması) verməlidir. Bu planda əldə edəcəyiniz hər bir gəlir və proqramın təlim məqsədlərinin xülasəsi öz əksini tapmalıdır. Həftədə ən azı 32 saat işlə təmin olunmalısınız.
Sponsorunuz sizə ödəməli olacağınız rüsumlar və ABŞ-dəki təxmini yaşayış xərcləriniz ilə bağlı yazılı məlumat verməlidir.
Sponsorunuz tibbi xidmətlər, repatriasiya və evakuasiya üçün sığortaya malik olmağınızdan əmin olmalıdır, lakin o bunu təmin etməli və ya ödəməli deyil.
Sizi qəbul edən ailə təhsil müəssisəsində qeydiyyatdan keçməyinizə və dərslərdə iştirak etməyinizə yardım göstərməli və bu dərslər üçün 500 dollar ödəniş etməlidir. Əgər EduCare proqramındasınızsa, sizi qəbul edən ailə dərslər üçün 1.000 dollar ödəniş etməlidir.
Gündə 10 saatdan və ya həftədə 45 saatdan artıq işləmək məcburiyyətində deyilsiniz. Əgər EduCare proqramındasınızsa, gündə 10 saatdan və ya həftədə 30 saatdan artıq işləməli deyilsiniz.
Yerli məsləhətçiniz sizinlə hər ay, sizi qəbul edən ailə ilə isə mütəmadi əlaqə saxlamalıdır.
Qeyri-immiqrant vizası – ABŞ hökumətinin təqdim etdiyi sənəddir. Bu sənəd insanların təhsil almaq, işləmək, mədəni mübadilə proqramlarında iştirak etmək kimi məqsədlər üçün ABŞ-a gəlmələrinə icazə verir. Viza almaq üçün ABŞ-nin xaricdəki səfirlik və ya konsulluğuna müraciət etməlisiniz. (Qeyd: J-1 statuslu Kanada vətəndaşları ABŞ-a daxil olmaq üçün müraciəti sərhəd-keçid məntəqəsində edirlər.) Viza aldıqdan sonra ABŞ-yə səfər edə və vizanızı ABŞ-nin sərhəd xidmətindəki miqrasiya məmuruna (“CBP officer”) göstərə bilərsiniz. Vizanız qüvvədən düşərsə, ABŞ-yə qayıtmazdan əvvəl yeni viza almalısınız. Vizaya müraciət proseduru və ABŞ vizanız haqqında əlavə məlumat üçün usvisas.state.gov internet səhifəsinə keçid edin.
ABŞ-nin sərhəd xidmətindəki miqrasiya məmuru ABŞ-yə daxil olmanıza icazə verdikdə elektron I-94 forması yaradılır (bəzən kağız formasında da olur). I-94 forması ABŞ-yə daxil olma tarixinizi, vizanızın növünü və ABŞ- ni hansı tarixə qədər tərk etməli olduğunuzu göstərir. “Admit until” hissəsində göstərilmiş tarixədək ABŞ-ni tərk etməlisiniz ki, ABŞ-də qalmanız qanuni olsun (qalma müddətinizin uzadılması üçün ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) müraciət etməmişsinizsə). I-94 məlumatlarınızı buradan yoxlaya bilərsiniz: https://i94.cbp.dhs.gov.
İnsan alveri - ağır bir cinayətdir. Bunu edənlər insanları zor, fırıldaq yaxud məcburetmə vasitəsilə işə və ya kommersiya xarakterli cinsi əlaqəyə cəlb edirlər. 18 yaşına çatmamış hər hansı bir şəxs kommersiya xarakterli cinsi əlaqədə iştirak edirsə, hətta zor, fırıldaq və ya məcburetmə tətbiq edilmədiyi təqdirdə də bu, insan alveri hesab olunur. Kommersiya xarakterli cinsi əlaqə - dəyərli olan hər hansı bir şeyin (yaşayış yeri, müdafiə, yemək, pul da daxil olmaqla) cinsi əlaqə müqabilində ticarət obyektinə çevrilməsidir.
İnsan Alverinə Qarşı Qaynar Xətt sizi lazımi xidmət və dəstək almaq üçün müvafiq mənbələrə yönləndirə bilər. Əgər özünüz yaxud tanıdığınız bir şəxs aşağıda sadalananlardan biri və ya bir neçəsi ilə üzləşmişsinizsə, İnsan Alverinə Qarşı Qaynar Xətt ilə əlaqə saxlayın (1-888-373-7888):
Kimsə təhdid, qorxu və başqa bu kimi vasitələrdən istifadə edərək, işdən ayrılmaq cəhdinizi əngəlləyəcək güclü qorxu hissi keçirmənizə səbəb olmamalıdır. Bu cür hallara dair nümunələr:
• Döymək, xəsarət yetirmək, sizi və ya başqalarını cinsi istismar etmək;
• Sizi və başqalarını təcavüzlə, incitməklə yaxud cinsi təcavüzlə
hədələmək;
• İşinizi və ya yaşayış yerinizi tərk etməyinizə mane olmaq;
• Hər hansısa bir səbəbdən, özünüz yaxud qayğı göstərdiyiniz şəxs üçün dərman vasitələri əldə etmənizə əngəl törətmək;
• Pis rəftar haqqında şikayət etdiyiniz, məlumat verdiyiniz və ya kömək istədiyiniz təqdirdə özünüzün yaxud ailənizin incidiləcəyi, deportasiya ediləcəyi və ya həbs olunacağı ilə hədələmək;
• İşdən ayrılmağa, şikayət etməyə, vəziyyəti bildirməyə və ya kömək istəməyə cəhd etmiş insanları incitmək;
• İnsanları qara siyahıya salınacaqları və bu səbəbdən bir daha ABŞ-da işləyə bilməyəcəkləri ilə hədələmək.
Borcu qaytarmaq üçün hansısa bir işi görməyə məcbur edilmək
Heç kim sizi işləməyə, xidmət göstərməyə və ya kommersiya xarakteli cinsi əlaqədə olmağı davam etdirməyə məcbur edə və ya işinizi tərk etmənizə mane ola bilməz. Heç kim borcunuzu ödəməyinizi çətinləşdirmək üçün borc məbləğini qəflətən dəyişdirə bilməz və ya sizi borcunuz ödənilənə qədər işləməyə davam etməli olduğunuza inandıra bilməz.
Bu cür hallara dair nümunələr:
• Ağlabatan müddətdə ödənilməsi mümkün olmayan həddindən artıq böyük borcunuzun olduğunu söyləmək;
• Razılıq verdiyinizdən daha böyük borcunuzun olduğunu iddia etmək və ya öhdənizə götürmədiyiniz şeylər üçün borclu olduğunuzu bildirmək;
• Nəqliyyat, yaşayış, yemək və əvvəlcədən öhdənizə götürmədiyiniz digər xərclər üçün rüsumlar əlavə etmək;
• Qaydaları pozmaq, kifayət qədər qazanc əldə etməmək, kifayət qədər işləməmək yaxud kommersiya xarakterli cinsi əlaqə xidmətləri göstərməmək ilə bağlı rüsumlar və cərimələr əlavə etmək.
İnsanlar başqalarının öz işlərini tərk etməsinə, etiraz bildirməsinə və ya kömək istəməsinə mane ola bilməzlər. Məsələn, insanlar sizə deyə bilərlər ki, işdən çıxa yaxud qeyri-iş vaxtınızda bəzi yerlərə gedə bilməzsiniz.
• Pasportunuz, vizanız, doğum haqqında şəhadətnaməniz və şəxsiyyətinizi təsdiq edən digər sənədlər sizin üçün həmişə əlçatan olmalıdır. Heç kim onları sizdən gizlədə bilməz.
• Ehtiyac duyduğunuz qədər qidalana, dincələ, yata və ya tibbi yardım ala bilməlisiniz. Heç kim bunları məhdudlaşdırmamalıdır.
• Siz ailənizlə, iş yerinizdəki insanlarla, müştərilərlə, hüquqi yaxud sosial xidmət işçiləri kimi ehtiyac duyduğunuz hər bir kəslə danışa bilməlisiniz. Heç kim sizin sərbəst ünsiyyət qurmağınıza mane olmamalı və dediklərinizə nəzarət etməməlidir.
Heç kim sizi yalan və hiylə vasitəsilə, işə və ya kommersiya xarakterli cinsi əlaqəyə məcbur edə bilməz. Yalan və hiylə hallarına dair misallar:
• İşin növü, iş vaxtı, iş şəraiti, yaşayış şəraiti və ya əmək haqqı barədə yalan vədlər vermək;
• Sizi vəd edildiyindən daha artıq saatlar ərzində, daha pis şəraitdə və ya daha az maaşla işlətmək;
• Sizə heç bir hüququnuzun olmadığını söyləmək;
• İşdən ayrılmaq istədiyiniz və ya kömək istədiyiniz təqdirdə sizə heç kimin inanmayacağını və ya deportasiya olunacağınızı söyləmək;
• Sizdən işəgötürəniniz yaxud digər işçilər haqqında yalan danışmağınızı istəmək.
• Tibb bacısı işləyəcəyinizi söyləmək, amma sonra sizi qocalar evində təmizlik işləri görməyə məcbur etmək; dayə olacağınızı söyləmək, amma sonra sizi ekzotik rəqslər etməyə və ya kommersiya xarakterli cinsi əlaqədə olmağa məcbur etmək.
Hüquqlarınızın sui-istifadəsi haqqında məlumat versəniz, işəgötürəniniz sizi deportasiya edə bilərmi?
Sui-istifadə və ya pis rəftar barədə məlumat verən insanları qorumaq üçün proqramlar vardır. Hətta işəgötürəninizi tərk etdiyiniz təqdirdə də bu proqramlar ABŞ-da qalmağınıza icazə verə bilər. İmmiqrasiya ilə bağlı çətinliyiniz olduğu halda da yardım istəməkdən çəkinməməlisiniz. İnsan Alverinə Qarşı Qaynar Xəttə zəng edərək hansı seçimlərinizin olduğunu öyrənin: 1-888-373-7888. Bu Qaynar Xətt hökumət yaxud hüquq-mühafizə orqanları tərəfindən idarə olunmur.
• Viza müraciəti prosesi və ABŞ vizanız: usvisas.state.gov.
• İnsan alveri: www.state.gov/j/tip.
• J-1 Mübadilə Proqramı: j1visa.state.gov.
• İş yerinizdə bərabərlik, irq, rəng, din, cins (o cümlədən, hamiləlik), milliyyət, yaş (40 və daha çox), əlillik və genetik məlumatlara görə ayrı-seçkilikdən azad olmaq, ayrı-seçkilik haqda şikayət vermək hüquqlarınız: www.eeoc.gov.
• İş yerinizdə təhlükəsizlik hüquqlarınız; əgər işinizin təhlükəli olduğunu düşünürsünüzsə və yoxlama tələb etmək istəyirsinizsə: www.osha.gov.
• Sizə ödənilməmiş əməkhaqqlarının işəgötürəndən sizin əvəzinizə alınıb-alınmadığını necə öyrənmək olar: webapps.dol.gov/wow.
• Əmək məcəlləsinə uyğun məbləğdə əməkhaqqı almaq hüququnuz: www.dol.gov/WHD/immigration.
• Əməkhaqqı ilə bağlı şikayətin verilməsi: https://www.dol.gov/agencies/whd/contact/complaints
• Vətəndaşlıq statusunuza görə ayrı-seçkiliyə məruz qalmamaq və ayrı-seçkilik ilə bağlı şikayət vermək hüququnuz: www.justice.gov/crt/filing-charge
• Əməkhaqqınızı və iş şəraitinizi yaxşılaşdırmaq üçün başqa işçilərlə birləşmək, o cümlədən, şikayət vermək hüququnuz: www.nlrb.gov
• Tibbi sığorta ilə bağlı hüquqlarınız, öhdəlikləriniz və azad olunmalarınız: localhelp.healthcare.gov (İngliscə) and ayudalocal.cuidadodesalud.gov (İspanca).
• Əgər cinayət qurbanısınızsa, hüquqlarınız. Cinayət Qurbanlarının Hüquqları Qanunu: https://www.justice.gov/criminal/criminal-vns/victim-rightsderechos-de-las-victimas
• I-94: https://i94.cbp.dhs.gov/I94
• Potensial işəgötürənin petisiya statusunu və USCIS-dəki işin statusunu online necə yoxlamaq olar: https://egov.uscis.gov
• USCIS-in İnsan Alveri ilə bağlı resursları: https://www.dhs.gov/blue-campaign/resources- availablevictims https://www.uscis.gov/humanitarian/victims-of- humantrafficking- and-other-crimes
T və U kimi qeyri-immiqrant statusunda olan işçilər üçün immiqrasiya müavinətləri təmin edən USCIS (Amerika Birləşmiş Ştatları Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri) proqramları:
• https://www.uscis.gov/humanitarian/victims-of-humantrafficking-and-other-crimes Əgər insan alveri ehtimalı varsa, qaçqınlara verilən müavinətlər və qaçqınların işlərinə baxılması xidmətləri üçün İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə (OTIP) müraciət edin:
• https://www.acf.hhs.gov/otip/victimassistance/childeligibility-letters
• https://www.acf.hhs.gov/otip/victim-assistancecertification
Birləşmiş Ştatlarda qalacağınız müddətdən asılı olaraq, sizdən tibbi sığorta tələb edilə bilər. Tibbi sığorta xərclərini azaltmaq üçün siz həmçinin maliyyə yardımı almağa uyğun ola bilərsiniz.
Birləşmiş Ştatlara getməzdən əvvəl miqrant işçi təşkilatlarından və əvvəlki miqrant işçilərdən məsləhət alın. Onlar Birləşmiş Ştatlarda olduğunuz zaman problem və suallarınız yaranacağı təqdirdə əlaqə saxlaya biləcəyiniz şəxslərin, təşkilatların adlarını və nömrələrini sizə təqdim edə bilər.
İşəgötürən, podratçı və ya işədüzəltmə agentliyinin hüquqi məsləhətçisi qərəzli ola bilər. Müstəqil vəkildən məsləhət alın.
İşəgötürən sizə vaxtında ödəniş etməlidir. Amerika Birləşmiş Ştatlarında işçilərin iki həftədə bir dəfə maaş almaları qəbul olunmuş təcrübədir, amma əmək müqavilənizdən asılı olaraq maaş cədvəliniz fərqli də ola bilər.
İşəgötürənin sizinlə bağlı qeyri-münasib söz və hərəkətləri haqqında ətraflı qeydlər aparın, şahidlərin adlarını və telefon nömrələrini yazın.
ABŞ-yə daxil olduqdan sonra, pasportunuzu və digər vacib sənədlərinizi təhlükəsiz və etibarlı bir yerdə saxlayın. İşəgötürənin pasportunuzu sizdən alıb saxlaması qeyri-qanunidir.
Çalışdığınız müddət ərzində qeydlər aparsanız, faydalı olar. Bir qeyd dəftəri alın, işlədiyiniz günləri, saatları, nə qədər əməkhaqqı aldığınızı, ödəniş aldığınız tarixləri, əmək haqqınızdan tutulmaları, bu tutulmaların səbəblərini qeyd edin.